DYP-dən müğənnilərə xəbərdarlıq: «Yaxa qurtara bilməyəcəklər»

Respublika Baş Dövlət Yol Polisi İdarəsi son günlər bəzi sənət adamlarının, müğənnilərin telekanallarda çıxışlar edərək yol hərəkəti qaydalarını pozmalarına, «yol polisi bizə hörmət edir» fikirlərinə münasibət bildirib. DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, xalq artisti Səməd Səmədovun son çıxışı və ondan əvvəl açıqlama verən müğənnilərin dediyi fikirlər pis nümunədir: «Onlar belə açıqlamalar verməyi prestij hesab edirlər. Sanki yol hərəkəti qaydalarını pozmaq prestijdir. Demək istəyirlər, mən müğənniyəm, əməkdar artistəm, toylara gedirəm və qaydaları pozuram. Amma fikirləşmirlər ki, qaydaları pozmaq ilk növbədə onların özlərinə ziyandır. Qaydanı pozan nə edirsə özünə edir. Qaydalara əməl edən də özünə edir, pozan da. Əməl edən həyatda qalmasına, normal yaşamasına şərait yaradır, Əməl etməyən isə bir dəfə etməyəcək, iki dəfə etməyəcək, ola bilər, yol polisi cəmiyyətdə tanınmış adam kimi ona loyal münəsibət göstərib qayda pozuntusuna göz yuma bilər, amma üçüncü dəfə ya qəza törədib özü xəsarət alacaq, öləcək, ya da başqasını yaralayıb öldürəcək. Bu zaman onlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bu dəfə inzibati yox, cinayət məsuliyyətinə cəlb olunacaqlar».
Kamran Əliyev onu da bildirib ki, artistlərin bu hərəkətləri, belə açıqlamalar verməsi cəmiyyətdə normal qəbul olunmur və həm də pis nümunədir: «Bir müğənninin bu cür açıqlamalar verməsini ola bilər ki, başqa bir müğənni normal qarşılaya bilər. Ümumilikdə, cəmiyyətdə belə münasibətləri normal qəbul etmirlər. Bir müğğəni bu gün çıxıb efirdə prestij kimi deyir ki, mən qaydaları pozuram, o biri müğənnilər də ona baxıb başqa verilişlərdə çıxış edərkən eyni sözü təkrar edirlər».
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












