DYP-dən piyadalarla bağlı çağırış

«Ümumi yol qəza hadisələrində piyada vurma halları 52 faizə qədər artıb. Bu da narahatlıq doğurur”. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov milli.az-a piyada keçidindən istifadə etmədiyi üçün canından olan insanlardan danışıb. O, bilidirib ki, bu günə qədər 70 min piyada məsuliyyətə cəlb edilib: “Buna baxmayaraq yol polisi tərəfindən gündəlik keçirilən tədbirlər zamanı ilin əvvəlindən indiyədək 70 min piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. Təxminən həftəyə 3000-3500 piyada düşür. Biz bu istiqamətdə tədbirlər həyata keçiririk. Hər halda yol hərəkəti haqqında qanunun 40-cı maddəsi piyadaların hüququ və vəzifələrini tənzimləyir. Bu maddənin tələbləri pozulduqda piyadalar saxlanılır, məsuliyyətə cəlb edilir və 20 manat məbləğində cərimə ödəməli olurlar”.
V.Əsədov qeyd edib ki, piyadalara keçiddən istifadə etmə vərdişini aşılamaq üçün jurnalistlər də təbliğat apararaq bizə kömək etməlidir: “Həmçinin ictimai qınaq metodlarından istifadə olunmalıdır. Bu və digər göstəricilər sözsüz ki, nizam-intizamın yüksəldilməsinə təsir göstərir”.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












