DYP ilə mübahisə edən sürücü barəsində araşdırma başlandı

Ötən həftə sosial şəbəkələrdə yol polisi əməkdaşı ilə ilə sərt mübahisə edən sürücü ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Avtosfer.az saytına Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, son vaxtlar bəzi sürücülər qayda pozduğu halda yol polisini şantaj etmək məqsədilə videoçəkilişlər edərək sosial şəbəkələrdə yayırlar. Belə bir hal ötən həftə Azərbaycanın rayonlarından birində qeydə alınıb. Vətəndaş onu saxlayan yol polisi ilə mübahisə edib. Yol polisinin onun haqda "polisə tabe olmama" maddəsi ilə protokol tərtib etmək istəyib. Vətəndaş isə yol polisi zabitinə etiraz edərək tələb edib ki, protokolda "polisə tabe olmama" sözləri yazılmasın, onun maşını saxladığı, ancaq sənədlərini polisə təqdim etmədiyi əks edilsin. Vətəndaş məqsədinə nail ola bilmədikdə polisin görüntüsünü sosial şəbəkəyə yerləşdirəcəyini deyib: "Səni Youtube"a verib, "zvezda" edəcəm",- deyə vətəndaş polisə bildirib. Yol polisi isə vətəndaşa "əgər mənim protokolu yazmağımdan narazısınızsa, onda yazın", - deyə bildirib.
Avtosfer.az bildirir ki, bu videoda yol polisinin qanunsuz əməlinə rast gəlinmir. Çünki sürücü sadəcə, özünü təmizə çıxarmaq üçün hay-küy salır. Yol isə olduqca təmkinli davranış nümayiş etdirir. Qanunvericiliyə görə, yol polisinin bu sürücü barəsində tabe olmama əməlini inzibati protokolda qeyd etməsi tamamilə doğru yanaşmadır. Yəni, sürücü iddia edir ki, o, yol polisinin göstərişi ilə avtomobili saxlayıb, amma sənədləri verməyib. Bu o deməkdir ki, o özü öz qanunu pozduğunu etiraf edir Yəni, sənədi DYP əməkdaşına təqdim etməməməyin özü də tabe olmamaq sayılır. Aydınlıq üçün bildirək ki, DYP əməkdaşının göstərişi ilə avtomobili saxlamamaq dayanma barədə göstərişi icra etməməkdir. Tabe olmamaq isə polisin qanuni göstərişini icra etməmək, yəni sənəd verməmək, maşından düşməmək və sair.
Kamran Əliyev əlavə edib ki, həmin görüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar davam edir: «Həmin şəxs də öz hərəkətlərinə görə məsuliyyətdən kənarda qalmayacaq. Hazırda araşdırma davam edir. Aydınlışdırırıq görək hadisənin birinci mərhələsi harada və necə baş verib, sürücü harada tabeçilik göstərməyib və nəyə görə saxlanılıb».
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










