DYP «Jiquli video»sunu nəzarətə götürdü - VIDEO

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bu il aprelin 10-da Bakının mərkəzi küçələrindən birində, Axundov parkının arxa tərəfində çəkilmiş videoya münasibət bildirib.
Videodan məlum olur ki, yol polisi olmayan polisin əmri ilə sahibi yanında olan “Jiquli” markalı avtomobil evakuasiya edilir. Avtosfer.az-ın təqdim etdiyi videoda maşın sahibi nə qədər çalışsa da, polis əməkdaşı avtomobili evakuatordan düşürmür. Bu azmış ki, polis əməkdaşı sürücüyə təzyiq göstərir, onu itələyib evakuasiya prosesinə maneə yaratmamağı tövsiyə edir. Sürücünün bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşı onu ora-bura itələyib avtomobili cərimə meydançasına aparır.
Şöbə rəisi bildirib ki, polisin digər xidmətləri istənilən başqa xidmətə cəlb oluna bilər və burda qanun pozuntusu yoxdur: “Yol hərəkəti təhlükəsizliyinin nəzarəti həyata keçirilən xidmətə cəlb edəndə onlar protokol da yaza bilərlər. Məsələn, post patrul xidmətindən piyadalara qarşı mübarizə aparılması üçün 110-dan çox əməkdaş bu xidmətə cəlb edilib. Hansısa ərazidə avtomobillərin təxliyə olunması və digərə məsələlərlə bağlı da polisin digər xidmətlərindən də əməkdaşlar cəlb edilə bilərlər». K.Əliyev sonda qeyd edib ki, sözügedən video ilə bağlı araşdırma aparılacaq.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










