DYP-nin keçirdiyi reydə müdaxilə etdilər - FOTOLAR

Bu gün Lənkəran şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti reyd keçiriblər. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, reyd nəqliyyatın intensiv hərəkətdə olduğu şəhərin Füzuli və Şəhidlər Xiyabanı küçələrində baş tutub. Şöbənin Post-Patrul Xidməti əməkdaşlarının da qatıldıqları tədbir əsasən texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyıb.
Reyd zamanı avtomaşını texniki baxışdan keçirməyən, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə edən, avtomaşına əlavə avadanlıqlar quraşdıran, eləcə də polisin “Dayan!” əmrinə tabe olmayan 30-a yaxın sürücü saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cəza tədbiri seçilib.
Bundan əlavə, reydlərə müdaxilə və maneçilik törədən şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili isə cərimə meydançasına aparılıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
















