DYP-nin nəzərinə: Bakının mərkəzində təhlükəli yolayrıcı var- VİDEO

Bakının mərkəzi küçələrindən birində maraqlı və həm də qəliz yol ayrıcı var. Burada həm piyadalar əziyyət çəkir, həm də sürücülür. Söhbət, İstiqlaliyyət küçəsindən Azərbaycan prospektinə dönən yoldan gedir. Yəni, Sabir bağının qarşısında sola – Daxili İşlər Nazirliyinə tərəf dönərkən yolayrıcıcında piyada keçidi var. Amma maraqlısı budur ki, bu keçiddən piyadaların nə vaxt istifadə edə biləcəyi sürücülərin insafına buraxılıb. Məsələn, bəziləri hesab edir ki, İstiqlaliyyət küçəsindən gəlib sola dönməyə çalışan avtomobillər svetoforun qırmızı işığında dayanıb gözləyərkən piyadalar yolu keçə bilər. Amma nəzərə almaq lazımdır ki, bu zaman aşağıdan – Qoşa qala qapısı tərəfdən gələn avtomobillər hərəkətə başlayır. Həmin istiqamətdən gələn nəqliyyat vasitətələri üçün svetoforun qırmızı işığı yananda isə yuxarıdan gələnlərə yaşıl işıq göstərir. O zaman piyadalar yolu nə vaxt keçməlidir?
Videodan da görünür ki, sürücülərin bəziləri piyadaya yol verir, bəziləri isə yox. Piyadalarsa özlərini təhlükəyə atıb yolu keçirlər. Bu zaman motosikletdə xidmət aparan yol polisinin heç bir reaksiya verməməsi təəccüb doğurur.
Əslində, həmin yolda keçid ardıcıllığı necə olmalıdır? Avtomobillər və piyadalar yolu necə keçməlidir? Bu sualla Avtosfer.az saytına bir neçə müraciət daxil olduğu üçün məsələyə hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovdan münasibət öyrəndik. O bildirdi ki, Mərkəzi Univermağa dönən həmin yolayrıcında maraqlı vəziyyət var: «Hazırda piyadalar heç bir qaydanı pozmurlar, çünki "Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsinin I hissəsi svetoforun olub-olmamasından asılı olmayaraq dönən avtomobillərin döndüyü yolu keçməkdə olan piyadalara yol verməli olduğunu nəzərdə tutur. Ona görə də istər yuxarıda, istərsə də aşağıda yaşıl işıq olanda piyadalar həmin yerdən keşməkdə haqlıdırlar və sürücülər onlara yol verməlidirlər. Problemi belə həll etmək olar: həmin svetoforlara ayrıca piyada üçün svetofor bölməsi qoyub, hər iki istiqamətdə avtomobillərə qırmızı işıq, piyadalara isə yaşıl işıq yandırmaqla. Belə olduqda piyadaların yaşıl işığı ilə eyni vaxtda yuxarıdan yalnız düz istiqamətə də yaşıl işıq vermək olar».
Hər halda, Dövlət Yol Polisi İdarəsi insanların həyat və sağlamlığını nəzərə alaraq bu məsələni tənzimləsə, yaxşı olar. Çünki oradakı svetoforlarda piyada svetoforu da var. Bu isə o deməkdir ki, piyada svetoforunda yaşıl işıq yananda piyadalar hərəkət etməlidir. Amma piyadalar üçün svetoforun yaşıl işığı yanarkən avtomobillər üçün də yaşıl işıq yanır. Belə halda təcrübəli sürücülər vəziyyətdən çıxış yolunu bilirlər. Qalanları isə az qalır ki, piyadaları vursun. İnanırıq ki, DYP məsələyə insan amili faktoru kimi yanaşaraq tezliklə həmn yolayrıcını daha dəqiq tənzimləməyə başlayacaq.
Elməddin Muradlı
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO














