DYP: Polis qanunu poza bilər – FOTO

Paytaxtın mərkəzində DYP əməkdaşlarının qanunsuz hərəkətləri barədə redaksiyamıza şikayət daxil olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Üzeyir Hacıbəyov küçəsində yol polisi əməkdaşları 10 YP 433 dövlət nömrə nişanlı “BMW” markalı xidməti avtomobili qanunsuz yerdə saxlayıb, ərazidə piyada keçidindən istifadə etməyən vətəndaşları cərimələyiblər. DYP əməkdaşlarının qanuna riayət etməyərək öz xidməti avtomobilini piyada keçidinin düz üstündə saxlayıb digər insanları qanuna riayət etməyə çağırması ətrafda olan insanların qəzəbinə səbəb olub, üstəlik polis avtomobili piyada keçidinin düz üstündə saxlayaraq, onu bağlamış olub. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, DYP əməkdaşları xidməti zamanı zərurət yarandığı halda qanunun tələblərindən kənara çıxa bilərlər. “Dövlət Yol Polisi əməkdaşı hər hansı bir ərazidə qaydanı pozan şəxsi inzibati məsuliyyətə cəlb etmək məcburiyyətində qaldıqda o, qanunun tələblərindən kənara çıxıb xidməti avtomobili digər hərəkət iştirakçılarının gediş-gəlişinə maneə yaratmamaq şərti ilə qadağan olunmuş yerdə saxlaya bilər” - deyə şöbə rəisi bildirib. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə əsasən piyada keçidindən istifadə etmədiyi üçün piyadalara 20 manat məbləğində cərimə tətbiq olunur. Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun beşinci fəslinin 52-ci maddəsinə əsaslanaraq piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda avtomobillə dayanmaq qadağandır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA














