DYP rəisi gənc müğənnini «avtoş» kimi tutmaq istədi - VİDEO

«Təxminən bir ay əvvəl idarə etdiyim avtomobillə Rəşid Behbudov küçəsi ilə hərəkətdə olarkən Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Taləddin Axundov və onun sürücüsü məni saxladılar. Rəis iddia edirdi ki, guya mən orada sürət həddini aşmışam, təhlükəli manevrlər etmişəm. Amma mən sürət həddini aşmamışdım. Dərinə getsəydilər, mənim boynuma maksimum manevr qaydalarının pozulmasını qoya bilərdilər. Bununla razılaşardım. Deyərdim ki, yaşlı kişisən, ürəyin istəyir, götür yaz. 3 balla mənə heç nə olan deyil. Onsuz da mən çox qayda pozan deyiləm». Avtosfer.az-ın xəbərinə görə, bu fikirləri gənc müğənni Yaşar Cəlilov APA TV-də «Qoşa xətt» verilişində səsləndirib. Onun sözlərnə görə, Rəşid Behbudov küçəsi ilə onu təqib edən DYP rəisi müğənnini «Milyonçular məhəlləsi» kimi tanınan yerdə saxlayıb: «Mən özüm dayanıb marketə girəndə yaxınlaşdı ki, sən təhlükəli manevrlər eləmisən. Dedim, mən elə şey eləmirəm. O da cavab verdi ki, eləyirsən, özü də mənə tanış gəlirsən. Artıq ətrafda adamlar yığışdı, hamı da onun belə hərəkətlərinə öyrəşib. Mən də dedim ki, dövlət yol polislərinin əksəriyyəti ilə dostam, onların xeyir işlərinə gedirəm, ifa edirəm. Rəis cavab verdi ki, buna görə sənə endirim olacaq. Dedim, mənə endirim lazım deyil. Sonra məndən sənədlərimi tələb etdi. Dedi, sənədləri ver, səni buraxıram, sabah gələrkən şöbəyə, həll edərik. Mən də fikirləşdim ki, axı necə olur ki, əgər mən avtoxuliqanamsa, bu məni niyə buraxır? Mən avtoxuliqanamsa, sənədim olmasa da, gedib yenə bundan da artıq hərəkətlər edə bilərəm. Rəisə bildirdim ki, birincisi, qanunu özün pozursan… Dostlarımla məsləhətləşdim, dedilər ki, onun əlindən hamı bezib. Ertəsi gün mən yol polisi şöbəsinə getdim, özü də tamam başqa abu-havada, onlara pislik edəcək bir insan kimi getdim. Dedim, əgər məndən rüşvət istəyirsənsə, bunu başqa cür həll edərik. Amma günahım varsa, gedib 15 sutka yatmağa hazıram. Sənsə mənim qayda pozmağımı sübut etməli olacaqsan. Bir az ordan-burdan danışından sonra sənədlərimi qaytardı. Demək istəyirəm ki, belə insanların ucbatından yol polisi işçiləri pis tanınır. Amma əslində pis deyillər. Sadəcə, bəziləri onları gözdən salır».
Elməddin Muradlı
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
















