DYP rəisinin maşınını evakuasiya edib cərimələdilər – EKSKLÜZİV

Bu gün saat 16:50 radələrində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisində yerləşən cərimə meydançasında maraqlı olay baş verib. Avtosfer.az saytının əməkdaşı olayan canlı şahidi olub. Ağ rəngli «Mersedes ML» markalı nəqliyyat vasitəsi evakuasiya edilərək cərimə meydançasına gətirilib. Az sonra avtomobilin sahibi də cərimə meydançasına gələrək maşını götürmək istəyib. Saytın əməkdaşı həmin şəxsin İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Əhməd Cəlilov olduğunu öyrənib. Ə.Cəlilov özünü polis əməkdaşı kimi təqdim etməyərək avtomobili cərimə meydançasından çıxarmaq üçün cərimə ödəyib. O, cərimə meydançasında pul yığmaq işinə baxan yaşlı kişidən nə qədər ödəməli olduğunu soruşduqda, ondan 40 manat tələb olunub. Əhməd Cəlilov əsəbi halda pulu ödədikdən sonra həmin kişidən qəbz və ya avtomobili cərimə meydançasından çıxardığına dair hər hansı sənəd tələb edib. Lakin cərimə meydançasının rəisi, polis serjantı Cahangir Ağayevin otağının qapısı önündə oturan həmin şəxs «heç bir sənəd vermirik, sadəcə, burada bir kağıza imza atıb maşını apara bilərsiniz», - deyə, cavab verib. Əhməd Cəlilov bundan əsəbləşərək «haramları olsun» deyib və kağıza imza atıb. Sonra isə qəbz tələb edib. Lakin yenə də dayanacaqda pul yığan kişi bildirib ki, qəbz vermək üçün inzibati protokol açılmalıdır. Bu zaman sürücü həmin protokolla banka gedib cərimə ödəməlidir. Ödəniş qəbzinin sürətini onlara gətirib verdikdən sonra avtomobili cərimə meydançasından çıxara bilər: «Bu da uzun işdir. Siz narahat olmayın, özümüz aparıb ödəyəcəyik».
Polis rəisi Əhməd Cəlilov isə «axı necə ödəyəcəksən, qəbzi mənə necə gətirib verəcəksən», deyə sual etdikdə isə həmin kişi qəribə cavab verib: «Qəbzi neynirsən ki. Maşını götür, yaxşı yol». Əhməd Cəlilov isə ona heç bir cavab vermədən maşina minərək cərimə meydançasını tərk edib.
Yeri gəlmişkən, sözügedən cərimə meydançasının rəisi, serjant Cahangir Ağayev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərovun qaynıdır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












