DYP rəsmisi: "Heç kimin hüququnu pozan qərar olmayacaq"

Artıq bir neçə gündür ki, Bakıya rayon maşınlarının daxil olmasına qadağa qoyulacağı danışılır.
Avtosfer.az xəbər verir ki, Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub. Təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var. Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə ümumiyyətlə qadağa qoymaqdır.
Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə, saat 22:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır.
Ekspertlər hesab edirlər ki, belə bir qərarın qəbulu ilk növbədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərinə daxil deyil. Bu cür qərarları yalnız Milli Məclis verə bilər. Digər tərəfdən isə, ekspertlər hesab edirlər ki, nömrələrə görə maşınların paytaxta buraxılmaması vətəndaşların hüquqlarını məhdudlaşdırmaq deməkdir.
Məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ilə əlaqə saxladıq. Qurum rəsmisi milli.az-a açıqlamasında dedi ki, qərar qəbul edilmədən nəyisə müzakirə etmək doğru deyil. Çünki hələ nə cür qərarın qəbul olunacağını heç kim bilmir.
Onun sözlərinə görə, qərar qəbul olunduqdan sonra ekspertlərin öz mövqelərini bildirməsi düzgün olardı. "Heç kimin hüququnu pozan qərar olmayacaq. Bu, normal hərəkətin təşkili üçün şəhərdə nəqliyyat sıxlığının azaldılması üçün qəbul olunacaq bir qərardır", - deyə o əlavə edib.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Bəzi avtomobil idarəçilərinin heç sürücülük vəsiqəsi də yoxdur - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










