DYP rüşvət ittihamını araşdıracaq

Dünən moderator.az saytına müraciət edən Cəlilabad rayon Cəlayir kənd sakini Amid Əmirov Cəlilabad DYP-sinin əməkdaşı Ramiz İsmayılova qarşı ciddi ittihamlarla çıxış edib. (http://moderator.az/?xeber=64269 ) R.İsmayılovu rüşvətxorluqda ittiham edən kənd sakini əlaqədar qurumlardan adıçəkilən DYP əməkdaşı ilə bağlı tədbir görməyi xahiş edib. Bununla bağlı açıqlama verən BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev müraciətin araşdırılacağını bildirib: “Vətəndaşın müraciəti tərəfimizdən araşdırılacaq. Yalnız bundan sonra məsələ ilə bağlı qəti fikir yürütmək olar. Lakin yaxşı olar ki, vətəndaşlar üzləşdikləri arzuedilməz olaylarla bağlı öncə əlaqədar quruma müraciət etsin. Əgər bu araşdırmanın nəticəsi onları qane etməzsə, bundan sonra başqa yerlərə müraciət etsinlər. Vətəndaşlar bizimlə ünsiyyət qurmaq üçün digər əlaqə vasitələri ilə yanaşı “902” nömrəsinə də zəng edə, onları narazı salan məqamlarla bağlı bizi asanlıqla məlumatlandıra bilərlər”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












