DYP və AYNA qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirib - FOTOLAR

Son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir. Bu səbəbdən bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib. Qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir.
Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.




Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO












