Əcnəbi diplomatlar Horadiz-Ağbənd avtomobil yolunda görülən işlərlə tanış olub - FOTO

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir. Hazırda 113,5-ci kilometrdə işlər aparılır. Avtosfer.a APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov diplomatik korpusu məlumatlandırarkən deyib. O bildirib ki, yol birinci texniki dərəcəyə uyğun şəkildə inşa olunur: “Hərəkət hissəsinin eni 14–21 metr arasında dəyişir. Layihənin 78,5 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır, qalan 45 kilometrlik hissə isə 4 hərəkət zolağı ilə inşa edilib. Layihə çərçivəsində hərəkət istiqamətləri üzrə ümumilikdə 6 kilometr uzunluğunda 3 tunel tikilib. Tunellərin ümumi uzunluğu 12 kilometr təşkil edir və burada artıq son tamamlama işləri görülür. Tunellər gediş-gəliş üçün tam hazır vəziyyətdədir”.
İlham Süleymanov qeyd edib ki, layihənin 2026-cı ilin ilk yarısında tam yekunlaşdırılması planlaşdırılır: “Layihə boyu 24 körpü, 8 yol qovşağı və ümumi uzunluğu 1980 metr olan 44 ədəd altkeçid inşa olunub. Hazırda layihənin son 10 kilometrlik hissəsində qazma-dolma işləri yekunlaşmaq üzrədir. Layihənin gələn ilin ilk yarısında bizim tərəfimizdən tam şəkildə başa çatdırılması planlaşdırılır”.
İdarə rəisi avtomobil yolunun dəmir yolu xətti ilə paralel şəkildə olacağını da diqqətə çatdırıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF























