Əcnəbi vətəndaşların ölkəyə daxil olmasına qadağa qoyuldu

Ukrayna koronavirusun yayılması təhlükəsi səbəbindən avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişi üçün sərhədləri bağlayıb. Müvafiq təklif Baş nazir Denis Şmıqal tərəfindən irəli sürülüb. “Xəstəliyin səviyyəsini nəzərə alaraq, həmvətənlərimizi qorumalı və əcnəbi tərəfdaşlarımıza qarşı məsuliyyətli olmalıyıq. Hökumət bu gün əcnəbi vətəndaşların girişi üçün sərhədlərin sentyabr ayının sonuna qədər bağlanması məsələsinə baxacaq”, - deyə o bildirib.
Nəticədə, Nazirlər Kabineti sərhədlərin bağlanmasına yekdilliklə dəstək verib. Şmıqalın sözlərinə görə, ölkəyə giriş qadağası yalnız əcnəbi vətəndaşların müəyyən kateqoriyasına - Ukraynada yaşayış icazəsi olanlar, beynəlxalq və humanitar missiyaların üzvləri, beynəlxalq heyətlər və digər şəxslərə aid olmayacaq. (Virtualaz.org)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











