“Əczaçılar Klubu” xalq artistinin apteklərlə bağlı iddialarına CAVAB VERDİ

Ötən günlərdə bəzi xəbər saytlarında “Apteklərimiz ermənilərdən daha təhlükəlidir – Xalq artisti” başlığı altında yazı dərc olunmuşdu. Yazıda pandemiya müddətində apteklərdəki bir çox dərmanlarda süni bahalaşmanın olduğundan bəhs edilib. Hətta bununla bağlı Xalq artisti Şeyx Əbdül Mahmudbəyov da münasibət bildirərək sərt iddialar səsləndirmişdi.
Sözügedən məsələyə münasibət bildirən “Əczaçılar Klubu” ictimai birliyinin sədri Şövqi Bunyatov Vaxt24.az-a açıqlama verib: “Apteklərdə süni qiymət artımından danışırlar. Bilmək lazımdır ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir və Respublikanın bütün apteklərində dəyişməz olaraq satılır. Təyin olunmuş qiymətlərdən ya yuxarı, ya aşağı satışlar böyük məbləğdə cərimələr deməkdi. Az sayda olan qeyri dərmanlar, yəni biploji əlavələr və s. (uşaq yeməkləri, tibbi texnika) isə apteklərin özləri tərəfindən qiymətləndirilir. İndiki rəqabət şəraitində hər hansı bir aptek hansı məntiqlə qiyməti qaldırar? Hətta bəzi apteklər öz hesablarına da olsa, Qazi, Şəhid ailələrinə, digər ehtiyacı olanlara bacardıqları qədər güzəştlər edirlər. İşin mahiyyətini bilmədən aptekləri, əczaçıları hədəf seçmək düzgün seçim deyil”.
Ş.Bunyatov qeyd edir ki, yenə təkrar edirəm, amansız rəqabətin olduğu bir vaxtda hansı aptek qiyməti qaldırar ki, bu da bir başa onun satışına mənfi təsir göstərən faktor sayılır: “Dəfələrlə qeyd etmişik ki, həm 44 günlük şərəfli Vətən müharibəsi günlərində, həm də pandemiya dönəmində əczaçılar özlərini çox ləyaqətli aparmışlar. Bir çox farm şirkətlərin təmənnasız yardımlarını, sərt karantin dövrlərində əczaçıların ağır risk qrupuna aid olsalar belə işlərini dayandırmamalarını görməzdən gəlmək doğru deyil”.
Qurum rəsmisi əlavə edib: “Hörmətli xalq artistimizi gözəl başa düşürəm, iqtisadi çətinlik, yaş faktoru, xəstəlik və s. adamı problemlərin bol vaxtında onsuzda əsəbi edir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












