Ədalət Vəliyev generalla görüşüb, ordudakı vəziyyət müzakirə edilib
Gündəm
5 Avqust 2020 14:37

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə müvafiq sahə üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlər təhlil olunub və ideoloji işlə bağlı planlar nəzərdən keçirilib.
Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Təhlil və Proqnozlaşdırma sektorunun müdiri Tahir Kərimovun iştirakı ilə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsinə cavabdeh zabitlər də cəlb edilməklə müvafiq mövzu ilə bağlı işçi qrupun görüşü təşkil olunub.
Tədbirdə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq sahəyə cavabdeh zabitlərin ictimai-siyasi hazırlıq, mənəvi-psixoloji təminat, ictimaiyyətlə əlaqələr, eləcə də digər istiqamətlərə aid hesabat xarakterli məruzələri dinlənilib, prezentasiyalar təqdim olunub, görülən işlər və bu sahədə aparılan işin səmərəliliyinin artırılması üçün nəzərdə tutulan addımlar barədə məlumat verilib.
Toplantıda çıxış edən Tahir Kərimov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin artdığını, şəxsi heyətin döyüş əzminin, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daima yüksəldiyini bildirib.
İdeoloji işin əhəmiyyətindən danışan T.Kərimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərin təbliğinin, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılıq ruhunda, Vətənə məhəbbət və torpaqlarımızın işğaldan azad etməyə daim hazır olmaq hissləri ilə böyüməsinin ideoloji işin əsas istiqamətlərindən olduğunu bir daha diqqətə çatdırıb.
Tədbirdə Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə hərbi hissələrdə həyata keçiriləcək ideoloji işin istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, yeni forma və metodlarla bağlı təkliflər müzakirə olunub.
Sonda kreativ ideyalardan, müasir texnologiyalardan, fleşmoblardan, sosial şəbəkələrin imkanlarından daha çevik istifadə etməklə ideoloji işlə bağlı qarşıya qoyulan tapşırıqların icrasına daha təsirli, daha keyfiyyətli nail olmanın yolları haqqında da müzakirələr aparılıb.
Müzakirələr zamanı Müdafiə Nazirliyində ideoloji işlə bağlı görülən işlər və həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib.
Emin
Oxunub : 1364
DİGƏR XƏBƏRLƏR
7 May 2026 21:00
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
7 May 2026 20:24
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
7 May 2026 19:30
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
7 May 2026 15:06
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
7 May 2026 13:30
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
7 May 2026 13:11
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
7 May 2026 12:46
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
7 May 2026 10:00
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
6 May 2026 23:33
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
6 May 2026 22:03
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
6 May 2026 19:57
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
6 May 2026 17:53
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
ŞƏRH YAZ








