Ədliyyə Nazirliyi və Dövlət Agentliyi QHT-lərə müraciət edib

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının) qeydiyyatını həyata keçirir, qəbul etdiyi ianələr barədə məlumatları müvafiq reyestrə daxil edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə müraciətində deyilir.
“Qrant müqaviləsi (qərarı) bağlanıldığı (verildiyi) tarixdən 30 gündən, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanıldığı tarixdən 15 gündən, ianə isə qəbul edildiyi tarixdən 15 gündən gec olmayaraq, qeydə alınması və reyestrə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Qeydə alınmayan müqavilələr, həmçinin məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun”un 12.3-cü maddəsinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət edərək, nəzərdə tutulmuş müddəti ötürməməyi, 2025-ci il aprelin 1-dək qeyd olunan maliyyə hesabatlarını təqdim etməyi tövsiyə edir”, - müraciətdə qeyd olunub.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












