Efirə çıxıb ər axtaran qadın ikinci dəfə sərxoş tutuldu - FOTOLAR+VİDEO

Bakıda sərxoş qadın sürücü polis əməkdaşlarına çətin anlar yaşadıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Yol-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılan sürücünün içkili halda sükan arxasına keçdiyi müəyyən edilib. Mərdəkan qəsəbəsi ərazisində hərəkətdən uzaqlaşdırılan 31 yaşlı Cəfərova Aygün Vaqif qızı hər vəchlə öz əməlinə haqq qazandırmağa çalışıb. Polis əməkdaşlarının ona sərxoşluq müayinəsi təklif etməsi isə xanım sürücünü lap özündən çıxarıb. Sənədləri təqdim etməkdən və maşını tərk etməkdən boyun qaçıran Aygün Cəfərovanın ərazidən uzaqlaşdırılması üçün əlavə kömək lazım olub.
Post-Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə maşından düşürülən qadın sürücü daha sonra sərxoşluq müayinəsinə aparılıb. O da məlum olub ki, Aygün Cəfərova bir neçə gün əvvəl də sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb.
Sənədi alınan sürücü barəsində cərimə protokolu tərtib olunub, avtomobil isə müvəqqəti duracağa qoyulub. Aygün Cəfərovanın sürücülük hüququndan da məhrum ediləcəyi gözlənilir.
Qeyd edək ki, 31 yaşlı Aygün Cəfərova vaxtilə Azərbaycan telekanallarından birində yayımlanan evlilik proqramının iştirakçısı olub.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO















