Əfv və böyük amnistiya olacaq

“Novruz bayramı ilə əlaqədar əfv sərəncamı 100 faiz olacaq. Bu dəfə daha çox məhbusun azadlığa çıxacağını gözləyirik”.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda iki dəfə əfv sərəncamının imzalanacağı gözlənilir:
“İşçi Qrupdan Əliməmməd Nuriyev oradadır. Bilirik ki, əfv sərəncamı imzalanacaq. Özü də deyəsən, bu il iki dəfə məhbusların bağışlanılması gözlənilir. Böyük amnistiya da olacaq. Biz belə eşitmişik”.
Hüquq müdafiəçisi əfv və amnistiya ilə bağlı müəyyən detalları da açıqlayıb:
“Yəqin ki, böyük amnistiya qələbəyə görədir. Biz öz siyahımızı Əfv Komissiyasına göndərmişik. Siyahıya 38-39 nəfərin adı salınıb. Kimlərin azad olunacağı Əfv Komissiyasının Prezidentə təqdim etdiyi siyahıdan asılıdır. Xeyli məhbusun azadlığa çıxacağını gözləyirik”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












