"Əgər avtobus işləmirsə o zolağın nə əhəmiyyəti var?" - Ekspert hər iki qurumun razılığa gəlmələrini təklif etdi

Ekspert hər iki qurumun razılığa gəlmələrini təklif etdi
"Həftə sonlarında, bayram günlərində də görürük ki, yollarda müəyyən sıxlıqlar yaranır. Adi günlərdən fərqlənərək adətən həftə sonları sıxlıq olmurdu. Buna görədə məncə bu məsələ öz həllini tapmalıdır".
Bunu MediaBaku.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

"Biz bu məsələ ilə bağlı lap zolaqlar yaranan günlərdə həm Bakı Şəhər Dövlət Yol Polis idarəsinə, həm də Bakı Nəqliyyat Agentliyinə bir təklif verdik. Həftə sonları, bayram günləri ictimai nəqliyyat işləmirsə zolağa daxil olmağa görə, məsuliyyətin heç bir əhəmiyyəti qalmır, çünki məntiqsiz bir yanaşmadır ki, avtobus zolaqları bu gün Azərbaycanda yeni-yeni tətbiq edilən bir mexanizm, bir sistemdir və bu hələki normalda qəbul edilmir. Bu dəqiq, yəni hamının belə sevincinə, dəstəyinə səbəb olmayıb, çünki müəyyən bir problemlər yaradır. Bu zolaqlar o baxımdan həftə sonları, əgər orda heç bir avtobus hərəkət etmirsə, o zolağa daxil olmağa görə məsuliyyət də tətbiq etmək əhəmiyyətsizdir. Əslində hər iki qurum şifahi şəkildə bunu dəstəkləyir ki, olmasın, amma yenə də ara-sıra eşidilir ki, həftə sonları və bayram günləri zolağa daxil olan sürücülər cərimə olunur. Mən düşünürəm bu məsələ hansısa bir formada həllini tapmalıdır. Vətəndaşlara yerli-yersiz cərimələr tətbiq edilməməlidir. Yəni məntiqi yanaşsaq burada bir anlaşılmaz situasiya yaranır.

Əgər avtobus işləmirsə o zolağın nə əhəmiyyəti var?. Həftə sonlarında, bayram günlərində də görürük ki, yollarda müəyyən sıxlıqlar yaranır. Adi günlərdən fərqlənərək adətən həftə sonları sıxlıq olmurdu. Buna görədə məncə bu məsələ öz həllini tapmalıdır, çünki pandemiya nə vaxt bitəcəyi məlum deyil, yəni bu heftə sonu qadağası belə başa düşürəm ki, uzun müddət davam edəcək. Fakt ondan ibarətdir ki, bu proses may ayına qədər uzadılıb, rəsmi qərar da var. O baxımdan məncə bu iki qurum öz aralarında razılığa gəlib bu məsələni həll etməlidir. Düzdür, bəzi fikrilər var ki, bununla bağlı qanunvericilikdə hansısa bir dəyişiklik nəzərdə tutulmalıdır, amma bilirsiz ki, belə xırda məsələlərə görə də qanun qəbul etməyə, qanunda dəyişiklik etməyə heç bir ehtiyac yoxdur. Hər iki qurum öz aralarında razılığa gəlib şifahi bir qərara qəbul etsə heç bir porblem yaranmayacaq", - deyə o, bildirib.
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı










