Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 15-də...

Yanvarın 15-də ölkədə maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Bu barədə Avtosfer.az-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 13-14 yanvar tarixlərində geomaqnit sahədə əsasən sakit şəraitin davam etməsi gözlənilir. 15 yanvar tarixində günün ilk saatlarında sakit şəraitin olacağı, günün sonuna doğru tac dəliyindən çıxan axınlarla əlaqədar olaraq, G1 sinifli (zəif) maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə Kp indeksin 2-5 intervalında olacağı gözlənilir.
Kosmik hava durumu – Günəş fəallığı son 24 saat ərzində çox aşağı səviyyədə olub. 2924 (S31W14, Eho/beta-gamma) oblastında orta səviyyədə ləkə fəallığı mövcud olmuş və 12 yanvar Bakı vaxtı ilə saat 20.49-da B4 sinif alışma baş verib. 2925 (S33W20, Hsx/alpha) nömrəli oblast isə stabil olub. 2926 (N22W48, Cro/beta) oblastında əlavə ləkələr yaranıb, lakin əhəmiyyətli dərəcədə fəallıq olmayıb. 2927 (S20E27, Hsx/alpha) nömrəli oblast sakit və stabil olub. Yeni 2928 (S19W02, Dso/beta) oblastı nömrələnmişdir və hesabat dövrü müddətində stabil qalıb. Günəş diskində N08E24 yaxınlığında yeni ləkələr yaranıb. Saat 08.23-də B7 sinifli alışma baş verib. Alışma II tip radio püskürmə və CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) ilə müşayiət olunub. Bu alışmanın ardından həmin oblastda bir neçə saat davam edən B8 sinifli alışma baş vermişdir. Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş CME müşahidə olunmayıb.
Günəşdə C sinif alışmaların baş vermə ehtimalı 50 %, M sinif alışmaların ehtimalı 5%, X sinif alışmaların ehtimalı isə 1% olaraq qiymətləndirilir.
Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük elektron seli normal ilə orta səviyyə arasında olmuşdur. Enerjisi 10 MeV-dən böyük proton seli fon səviyyəsində qalıb.
Günəş küləyi – Günəş küləyi parametrlərində normal şərait müşahidə olunub. Günəş küləyinin sürəti 12 yanvar saat 20.09-da 431 km/s-yə çatmışdır. Ümumi maqnit sahəsinin intensivliyi saat 14.37-də 8 nT olmuşdur. Bz komponentinin maksimal qiyməti saat 20.01-də -3nT olub.
Geomaqnit sahə - Son 24 saat ərzində geomaqnit sahə sakit olub (Kp=1-2).
Kosmik hava proqnozu – Proqnoz dövründə (13-15 yanvar) Günəş fəallığının çox aşağı səviyyədə olacağı və C sinif alışmaların baş verəcəyi gözlənilir.
Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük elektron selinin normal ilə orta səviyyə arasında olacağı, enerjisi 10 MeV-dən böyük proton selinin fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyi – 13-14 yanvar tarixlərində Günəş küləyi parametrlərinin fon səviyyəsində olacağı gözlənilir. 15 yanvar tarixində mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliklərindən çıxan yüksək sürətli axınlar) Yerə doğru yönələcəyindən Günəş küləyi parametrlərində artma gözlənilir.
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Bakıda taksilər qiyməti kəskin qaldırdı
Paytaxt yollarında son vəziyyət açıqlandı - FOTOLAR
Sabah hava necə olacaq? - AÇIQLANDI
Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Yeni Koordinasiya Mərkəzi yaradılacaq
Rahatlıq və təhlükəsizlik prioritetdir - Paytaxt yolları yenilənir - VİDEO










