Ekspert yola nəzarət edənləri sərt tənqid etdi: “Cinayət məsuliyyətinə cəlb edilməlidir”

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən nəqliyyat hadisəsinin baş verdiyi yolda təmir işləri aparılır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində yoldakı çökəkliklərə asfalt döşənir. Baş vermiş qəza ilə bağlı ötən gün yayılan görüntülərdə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə yol kənarında dəmir maneəyə çırpılıb, daha sonra körpüdən aşmışdı. Qəzaya sürət həddinin aşılması ilə yanaşı, nahamar asfalt örtüyü də səbəb olub.
Təmir işlərinin qəzadan sonra aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bunu təkzib edib. Lakin buna baxmayaraq, hazırda qurum ittiham edilməkdə davam edir. Təbii ki, qəzadan sonra hadisə yerində təmir işlərinin aparılması ilə bağlı yayılan xəbərlər də AAYDA-nın məsələ barəsində gerçəkçi mövqeyini də sual altında qoyur. Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bizim yol təsərrüfatında çox ciddi qüsurlar var: “Təəssüflər olsun ki, bizim cəmiyyətdə gecikmiş addımlar çox atılır. Bu qəza bir daha göstərdi ki, bizim yol təsərrüfatında çox ciddi qüsurlar var. O boyda qəzalı vəziyyət yaranıb, bunu özləri də görürlər. Çünki AAYDA-nın yollara nəzarət idarəsinin nümayəndələri bütün günü maşınla o başa, bu başa gedirlər. Onlar əzbər bilir ki, qüsur, nöqsan haradadır. Sadəcə gözləyirlər ki, kimsə ölsün və ya kimsə bunu çəkib göstərsin, yaysın, aləm bir-birinə qarışsın”. Ekspert qeyd edib ki, qəzaya səbəbkar olan aidiyyəti qurumlar cinayət məsuliyyətinə cəlb edilməlidir: “İndi ölümün səbəbi kimi sürət həddi göstərilib. Bu aydın məsələdir. Bəs bu cinayət işini araşdıran müstəntiq sual qoyacaqmı ki, qəza niyə baş verdi? Qəzanın səbəbi nə idi? O videoda da görünür ki, maşın yerindən oynayır, sonra yoldan çıxır, aşır. Çünki yolda çökmə var. Bunu özləri də təsdiqləyir. Təmir işinə də başlamaqla bir daha sübut elədilər ki, onlar bu hadisəyə səbəbkardırlar. Buna görə də müstəntiq onları da cinayət məsuliyyətinə cəlb etməlidir. Zərərçəkən tərəfin qohumları, yaxınları bu barədə məhkəmədə iddia qaldırmalıdır ki, aidiyyəti qurumlar külli miqdarda maddi və mənəvi zərərin ödənilməsi ilə məsuliyyətə cəlb olunsun. Bunlar baş verərsə, onlar daha vətəndaşa təzminat ödəməyi yox, yolları normal vəziyyətdə saxlamağı üstün tutacaqlar. Belə olmaz axı. Nə vaxta qədər susmalıyıq? Nə vaxta qədər belə hadisələrə göz yummalıyıq? Bu insan faciəsidir, bir ailəni məhv etmək nə deməkdir? Kim bunun cavabını verəcək? Üstüörtülü bir cinayət hadisəsi araşdıracaqlar. Hamı bunu başa düşür, hamı yazır ki, yolda problem var. Bu problemi də AAYDA vaxtında aradan qaldırlmalı idi. Çünki səbəbkar AAYDA-dır. Yolu keyfiyyətsiz çəkib, ya da məsuliyyətsizlik edib”.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










