Ekspert: Qazaxıstanda yanacağın qiyməti Azərbaycandan 40% ucuzdur

Qazaxıstan hökuməti neftin qiymətinə “boyun əymək” qərarına gəlib. Nursultan Nazarbayev hökumətə büdcə xərclərini 10% və ya 3,8 milyard dollar (700 milyard təngə) ixtisar etməyi tapşırıb. 2015-ci il üçün proqnozlaşdırılan büdcə xərcləri 38 milyard dollardı. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert araşdırmalarına əsasən qeyd edir ki, Azərbaycan büdcəsinin neftdən asılılıq səviyyəsi Qazaxıstandan 11% çoxdur: “Belə ki, 2015-ci ildə Qazaxıstan büdcəsinin proqnozlaşdırılan 36.5 milyard dollarlıq gəlirinin 38%-i (13.9 milyard dolları) Neft Fondunun transfertləri hesabına formalaşmalıdı, Azərbaycanda isə bu göstərici 53,5%-dir. Neft şirkətlərinin vergiləri ilə birlikdə Qazaxıstan büdcəsində neftin payı 55% ətrafında, Azərbaycanda isə 66%-dir”.
Rövşən Ağayev bildirib ki, Qazaxıstanda Ai-92/93 benzini isə 40% ucuzdur: “Nazarbayevin ikinci atdığı addım yanacağın qiymətini ucuzlaşdırmaqla bağlı olub. Artıq Qazaxıstanda Ai-92/93 benzinin və dizel yanacağın qiyməti bərabərləşdirilməklə 99 təngəyə (0.53 dollar və ya) endirilib. Bu, bizim milli pulla 42 qəpiyə bərabərdir. Beləliklə, hazırda Qazaxıstanda Azərbaycanla müqayisədə dizel yanacağı 30%, Aİ-92/93 benzini isə 40% ucuzdur”.
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA










