Əl yandıran aviabiletlər: qiymətlər təyyarələrdən daha yüksəkdə uçur - VİDEO

Yeni il yaxınlaşır, bayramı xaricdə keçirmək istəyənlərin sayı da artır. Ancaq aviabiletlərin qiyməti bir çoxlarının bu arzularını yenə ürəklərində qoyur.
Bayrama hələ bir ay vaxt qalsa da, biletlərin qiymətləri təyyarələrdən daha yüksəkdə uçur. Rəqəmlər dodaq uçuqladır.
Yeni ili Türkiyədə keçirmək istəyən şəxs təkcə bilet üçün 800 manata yaxın vəsait ödəməlidir. Rusiya istiqamətində aviabiletlər 1000-1100, Gürcüstana 800-900, Dubaya isə 1200-1400 manat arasındadır.
Vətəndaşlar da qiymətlərdən narazılıqlarını bildirdilər.
Bu məsələ zaman-zaman Milli Məclisdə də gündəmə gətirilir. Millət vəkilləri müxtəlif vaxtlarda avibiletlərin baha olmasından söz açsalar da, görünən odur ki, vəziyyət dəyişmir.
İqtisadçı Eldəniz Əmirov deyir ki, dövlət hər il AZAL-a güzəştli gedişlər üçün subsidiya ayırır, lakin buna baxmayaraq, bilet qiymətləri azalmaq əvəzinə artmağa davam edir.
Ekspertin sözlərinə görə, aviabiletlərin baha olmasının əsas səbəblərindən biri aviabiznes sahəsində ölkədə rəqabətin yaşanmamasıdır.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" şirkətinə müraciət etsək də, suallarımızı cavablandıran tapılmadı.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












