Elektron qolbaq vasitəsilə məhkumun yaşayış yerini tərk etməsini öyrənmək mümkündür

Elektron qolbaq vasitəsilə məhkumun yşayış yerini tərk etməsini müəyyənləşdirmək mümkündür. Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə deyib.
Onun sözlərinə görə, həmin qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə kəmər vasitəsilə bağlanır və məhkumun yerdəyişməsi ilə bağlı məlumatları mobil qurğuya ötürür: "Ev siqnal ötürücüsü məhkumun yaşayış yerində yaşayış yerinin ölçülərindən və şəraitindən asılı olaraq 2, 3 və daha artıq sayda quraşdırılır. Ev siqnal ötürücülərinin vəzifəsi vaxt məhdudiyyəti ərzində məhkumun yaşayış yerində olması barədə məlumatları ötürməkdən ibarətdir. Bütün cihazlara hər hansı müdaxilə zamanı dərhal xəbərdarlıq siqnalı daxil olur. Həmçinin elektron nəzarət vasitələri məhkum tərəfindən yararsız vəziyyətə salındıqda dəyəri həmən şəxsdən tutulur. Məhkəmələr tərəfindən elektron nəzarət vasitələrinın tətbiqi ilə əlaqədar məhkumların üzərinə əsasən iki növ məhdudiyyət qoyulur-ərazi və vaxt məhdudiyyətləri. Eyni zamanda, məhkumların şəxsiyyəti, törətdiyi əməlin xarakteri və s. bu kimi vacib hallar nəzərə alınaraq məhkəmələr tərəfindən digər vəzifələr və məhdudiyyətlər də tətbiq edilə bilər". (Trend)
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO











