Ələt-Astara yolunda təmir işləri davam edir – FOTO + VİDEO

Nəqliyyat Nazirliy “Azəryolservis” ASC tərəfindən paytaxtla yanaşı bölgələrdə də nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumdan oxu.az-a verilən məlumata görə, Ələt-Astara-İran İslam respublikası sərhədi avtomobil yolunda cari təmir işləri həyata keçirilir.
Sözügedən yolun 0-31-ci kilometrlik hissəsində yol kənarlarında və ayrıcı zolaqlarda sıradan çıxmış və əyilmiş əyri-xətli dəmir tirlər yeniləri ilə əvəzlənir.
Bundan başqa yolun həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri də aparılır.
Avtomobil yolunun 31-153-cü kilometrlik hissəsində isə yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.Təmir işləri aparılan ərazilərdə yolun hərəkət hissəsinin bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır və əks istiqamətlə hərəkət növbəli şəkildə təmin olunur.
Təmir olunmuş ərazilərdə yol cizgiləri xətlərinin və yolgöstərici xətlərin çəkilişi işləri də həyata keçirilir. Digər ərazilərdə isə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətləri yenidən rənglənir. Cari təmir işləri ilə yanaşı yol kənarları və ayrıcı zolaqlarda təmizlik-abadlıq işləri aparılır. Yol kənarlarında olan quru otlar yanğın təhlükəsizliyi səbəbindən biçilir.
Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilən təmir işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün sözügedən yola lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC cari təmir işləri ilə bağlı yaranmış müvəqqəti narahatçılığa görə üzr üstəyir.
müvəqqəti narahatçılığa görə üzr üstəyir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












