Əli Əsədovla Samir Nuriyev Şuşada müşavirə keçirdi - FOTO
Gündəm
2 Mart 2022 19:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub. Avtosfer.az xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti Cahangir Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi işlərinin gedişi barədə məlumatlandırıb.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin Ümumi Planı ilə əlaqədar görülmüş işlər barədə təqdimat edib.
Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıqdan sonra “Azərenerji”nin Füzulidə yeni istismara verilən elektrik stansiyasına baxış olub.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.
Nümayəndə heyətinin üzvləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərlə də tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.
Daha sonra Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə işlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.
Sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərində aparılan işlər barədə məlumatlandırıb.
Daha sonra Zəngilan rayonunda iqtisadiyyat naziri Mikayıl Cabbarov “Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye Parkında görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.
Nümayəndə heyətinin üzvləri Zəngilanda “Ağıllı kənd” ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.
Sonra Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olub, silah-sursat və texnikaya baxış keçirib.
Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib. Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.
Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.
Səfərin sonunda Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Xocavənd rayonuna səfər edib, Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış olublar.
Bununla da səfər başa çatıb.










Oxunub : 2996
DİGƏR XƏBƏRLƏR
13 İyun 2026 18:53
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
12 İyun 2026 22:12
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
12 İyun 2026 21:18
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
12 İyun 2026 19:42
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
12 İyun 2026 18:54
Prezident Fərman imzaladı
12 İyun 2026 17:58
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
12 İyun 2026 17:45
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
12 İyun 2026 16:18
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
12 İyun 2026 16:00
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
12 İyun 2026 15:26
Azərbaycanda güclü zəlzələ olub - FOTO
12 İyun 2026 14:07
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO
12 İyun 2026 14:00
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR AÇIQLANDI - Əsgərləri qırğına belə göndərib - VİDEO
ŞƏRH YAZ


























