Əliyev-Ərdoğan görüşündə müzakirə edilənlər – Hikmət Hacıyev AÇIQLADI

“Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukraynada müharibənin dayandırılması və sülhün təmin edilməsi istiqamətində səylər davam etdirilir”.
Avtosfer.az-ın məlumatına görə, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Hikmət Hacıyev Prezident İlham Əliyevin martın 10-da Türkiyəyə etdiyi səfərdən də danışıb. “İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik zəminində inkişaf edən əlaqələrin müxtəlif aspektlərini nəzərdən keçiriblər. Bu xüsusda Azərbaycanla Türkiyə arasında enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılıb. Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmək lazımdır. Azərbaycanla Türkiyə birgə səylərlə bu konsepiyasını inkişaf etdirirlər. Burada İğdır-Naxçıvan yolunun çəkilməsi məsələsi də dayanır”,-deyə Hikmət Hacıyev əlavə edib. Prezidentin köməkçisi bildirib ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Avropaya qaz ixracının artırılmasını da müzakirə ediblər. “Eyni zamanda dövlət başçıları hərbi-texniki əməkdaşlığı da müzakirə ediblər. Azərbaycan ordusunda müxtəlif modernləşmə işləri aparılır və bu, Türkiyə ilə əlaqələndirilmiş şəkildə baş verir. Dövlət başçıları Ukrayna məsələsini də müzakirə edib”,-deyə Hikmət Hacıyev bildirib.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...












