Ər-arvadı yandıraraq öldürən şəxsin kimliyi məlum oldu - FOTOLAR

Avqustun 6-na keçən gecə Tərtərdə ər-arvadın evinə oğurluğa girən şəxsin mənzili yandırması və ahıl şəxslərin ölməsi barədə məlumat vermişdik.
İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əldə edilmiş sübutlar əsasında V.Baxşəliyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Avtosfer.az dəhşətli hadisədə həyatını itirən 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının, eləcə də cinayətdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyevin fotosunu təqdim edir./qafqazinfo
Fotoda Vüqar Baxşəliyev

Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












