Ərəblərə ov üçün icazə verilməyib - Rəsmi açıqlama

Qaxda qanunsuz ov edən xarici turistlərə ov icazəsi verilməyib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov "Ekspert saatı"nda çıxışı zamanı deyib.
O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə əcnəbi turistlərin Azərbaycana gəlməsi və harada qalmaları barədə məlumat verilmir. Bəhruz Məhəmmədov bildirib ki, onların gətirdiyi ov ləvazimatlarına nəzarət edilə bilməz:
"Nazirlik buna qarışa bilməz. Ölkəyə gələn turistlərin hərəkət marşrutlarına nəzarətlə bağlı da qanunvericilikdə xüsusi bənd yoxdur. Qaxda qanunsuz ov edən əcnəbi turistlərlə bağlı demək istəyirəm ki, onlar ovçu kimi qeydiyyatdan keçməyiblər və onlara ölkə ərazisində ov etmək üçün ov icazəsi də verilməyib".
İlusu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov isə bildirib ki, xarici ölkə vətəndaşlarının Qax Dövlət Yasaqlığında ov etməsi barədə məlumatlar düzgün deyil. "Qoruğun ərazisində bu hadisələrin baş verməsi kimi informasiyalar insanları çaş-baş salır. Şəki ovçuluq təsərrüfatında ov mövsümündə yerli əhalinin, o cümlədən xarici vətəndaşların ov turizmi təşkil edilir. Biz ümumiyyətlə ova icazə verən, ona yol verən də deyilik. Əgər bizim gözümüzün qarşısında nəsə baş verərsə, biz ona qiymət verə bilərik. Əgər ov ovlanırsa, fiksasiya edib, müvafiq qanunvericiliyə uyğun addım ata bilərik".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












