Erməni fəal: “Ermənistanda heç kim müharibə etmək istəmir, revanş istəmir”
Gündəm
19 Mart 2021 20:54

Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən tanınmış erməni fəal və bloger İşxan Verdyan erməni cəmiyyətindəki vəziyyətlə bağlı danışıb. O “Caliber.az”a müsahibəsində bildirib ki, erməni cəmiyyətində revanş (qisas) ideası populyar deyil: “Bu, uydurulmuş təbliğat gedişidir, deyirlər ki, ermənilər intiqam almaq istəyir. Bu hekayəni Azərbaycan və Türkiyə ilə düşmənçilik haqqında yayım edənlər şişirdirlər. Bu qüvvələrin işi həm də azərbaycanlıları qəzəbləndirmək və Ermənistanda daxili qarışıqlıq yaratmaqdır. Ermənilər bu günü düşünürlər və sabah nə olacağını anlamaq istəyirlər. Xalqı heç bir hərbi kampaniya maraqlandırmır. Heç kim müharibə etmək istəmir, dinc gələcək haqqında düşünməliyik”.
Erməni fəal deyir ki, “İrəvan klanı” deyilən bir anlayış yoxdur:
“İrəvanda xalq tərəfindən seçilən hökumət var. Seçkilər qanuni və şəffaf keçirilib. Ancaq “Qarabağ klanı” çoxdan mövcuddur. Birinci Qarabağ müharibəsi zamanı qurulub, təmsilçiləri hakimiyyətə gəldilər və son vaxtlara qədər orada qaldılar. İndi “Qarabağ klanı”nın himayədarları hər şeyə rəğmən güc strukturlarında qalıblar, hər cür hökumətin qanuni qərarlarına qarşı çıxırlar”.
Verdyanın sözlərinə görə, onları Robert Koçaryan və Serj Sarqsyan idarə edirlər:
“İntiqamdan danışanlar – “Qarabağ klanı”nın nümayəndələri təxribat xarakterli açıqlamalar verirlər. Müharibə onların biznesidir, düşmənçilik onların biznesidir, Ermənistandakı antitürk əhval da onların biznesidir”.
Oxunub : 972
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












