Erməni nazir Kəlbəcərdə tutulan girovlara «cinayətkar» dedi

Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən ay Kəlbəcər rayonu ərazisində girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə yenidən münasibət bildirib. Modern.az-ın məlumatına görə, erməni KİV-ləri xəbər verir ki, Ohanyan növbəti dəfə soydaşlarımızı “diversant” adlandırıb və onların “cinayətkar” kimi mühakimə olunacağını deyib: “Qrupun məqsədi informasiya toplamaq olub. Müsadirə etdiyimiz materiallar onların (Azərbaycan vətəndaşlarının) hərbi hissələri, infrastrukturu, qoşunların hərəkətini müşahidə etdiyini ortaya qoyub. Onlar “Dağlıq Qarabağ”ın qanunvericiliyi (?) və beynəlxalq hüquq əsasında mühakimə olunacaqlar”.
Qərəzli ritorikası ilə seçilən Ohanyan görünür, hüquqda mövcud olan “günahsızlıq prezuimpsiyası” anlayışı ilə tanış deyil. Azərbaycan vətəndaşlarına “cinayətkar” deyən erməni nazir yəqin xəbərsizdir ki, məhkəmənin hüquqi qərarı olmadan heç kəs cinayətkar sayıla bilməz. Digər tərəfdən dünya birliyinin mövcudluğunu tanımadığı Dağlıq Qarabağdakı qondarma rejimin hansı hüquqi əsasla soydaşlarımızı mühakimə edəcəyini də Ohanyan açıqlamayıb.
Qeyd edək ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovla birlikdə üçüncü soydaşımız - Həsən Həsənov da işğal altında olan Kəlbəcərə getmişdi. Həsənin öldüyü açıqlansa da, erməni tərəfi onun meyitini Azərbaycana qaytarmadı, BQXK-nin nümayəndəsinin iştirakı ilə dəfn etdiklərini bildirdilər. Buna bəhanə olaraq isə meyiti saxlamağa texniki imkanlarının olmadığını açıqladılar. Digər iki şəxs isə hələ də girovluqdadır.
Ermənilər girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə “cəsusluq” maddəsi ilə cinayət işi açıb. Bununla yanaşı, azərbaycanlılara qarşı başqa “maddələr”lə də ittiham irəli sürülüb. Separatçı rejim Dilqəm Əsgərov və Şahbaz Quliyevə “casusluq”la yanaşı, “qanunsuz olaraq Dağlıq Qarabağ “sərhədlərinə” daxil olmaq”, “qanunsuz olaraq silah-sursat daşımaq” , “həddi buluğa çatmamış şəxsin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən öldürülməsi”, “adam oğurluğu”, “adam öldürməyə cəhd” kimi qondarma maddələrlə saxta ittihamlar irəli sürüb. BQXK-nin Bakı nümayəndəliyi isə hələ də dialoqları davam etdirir.
Azərbaycan vətəndaşlarına “cinayətkar” deyən erməni nazir yəqin xəbərsizdir ki, məhkəmənin hüquqi qərarı olmadan heç kəs cinayətkar sayıla bilməz. Digər tərəfdən dünya birliyinin mövcudluğunu tanımadığı Dağlıq Qarabağdakı qondarma rejimin hansı hüquqi əsasla soydaşlarımızı mühakimə edəcəyini də Ohanyan açıqlamayıb.
Şahbaz Quliyev və Dilqəm Əsgərovla birlikdə üçüncü soydaşımız - Həsən Həsənov da işğal altında olan Kəlbəcərə getmişdi. Həsənin öldüyü açıqlansa da, erməni tərəfi onun meyitini Azərbaycana qaytarmadı, BQXK-nin nümayəndəsinin iştirakı ilə dəfn etdiklərini bildirdilər. Buna bəhanə olaraq isə meyiti saxlamağa texniki imkanlarının olmadığını açıqladılar. Digər iki şəxs isə hələ də girovluqdadır.
Ermənilər girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə “casusluq” maddəsi ilə cinayət işi açıb. Bununla yanaşı, azərbaycanlılara qarşı başqa “maddələr”lə də ittiham irəli sürülüb. Separatçı rejim Dilqəm Əsgərov və Şahbaz Quliyevə “casusluq”la yanaşı, “qanunsuz olaraq Dağlıq Qarabağ “sərhədlərinə” daxil olmaq”, “qanunsuz olaraq silah-sursat daşımaq” , “həddi buluğa çatmamış şəxsin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən öldürülməsi”, “adam oğurluğu”, “adam öldürməyə cəhd” kimi qondarma maddələrlə saxta ittihamlar irəli sürüb. BQXK-nin Bakı nümayəndəliyi isə hələ də dialoqları davam etdirir...
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS










