Erməni təyyarəsində azərbaycanca anons

Moskva-İrəvan reysi ilə uçan təyyarədə maraqlı hadisə yaşanıb. Avtosfer.az-ın məlumatına görə, “Joxovurd” qəzeti xəbər verir ki, hər şey sərnişinlərin uçuşa hazırlaşdığı zaman baş verib. Göyərtədə uçuşdan əvvəl salamlama ilk öncə rus, daha sonra isə Azərbaycan dilində səslənir. Bu zaman sərnişinlər arasında sözün əsl mənasında həyəcan yaşanıb. İnsanlar elə başa düşüb ki, bu danışılmış təxribatdır və onların təyyarəsi Bakıya uçur. Pis vəziyyətdə qalan heyət üzvləri sərnişinləri sakitləşdirməyə çalışıb və başa salıblar ki, bu sadəcə texniki bir səhvdir. Bundan əlavə məlum olub ki, insanları azərbaycanca salamlayan təyyarə komandiri Eduard Ovannisyan özü də ermənidir. Lakin nə erməni komandir, nə də göyərtə işçisi Svetlana ermənilərlə dolu təyyarədə Azərbaycan dilində danışıb sərnişinləri qorxutmalarının necə baş verdiyini izah edə bilməyiblər.
Uzun müddətdən sonra erməniləri sakitləşdirərək onların Bakıya uçmadıqlarını izah ediblər. Bundan sonra təyyarə İrəvana istiqamətlənib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












