Ermənilər Ağdamda «06»nı vurdu

Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindən ermənilər rayonun Mirəşelli kəndini atəşə tutublar. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli güllə dəyib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, kənd sakini Quliyev Hüseyn Novruz oğluna məxsus “VAZ 2106” markalı maşın da düşmənin atəşinə məruz qalıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Bundan başqa, Orta Qərvənd kəndi də atəşə məruz qalıb, evlərin damlarına və divarlarına xeyli sayda avtomat və pulemyot güllələri dəyib. Kənd orta məktəbində dərslər yarımçıq dayandırılıb. Xatırladaq ki, son bir həftə ərzində erməni hərbiçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tutur.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












