Ermənilər bir-birinin maşınlarını yandırırlar

Son günlər İrəvanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb. APA-nın Azadlıq Radiosunun Ermənistan xidmətinə istinadən verdiyi xəbərə görə, yandırılan maşınlardan 5-i “Predparlament” hərəkatının üzvlərinə məxsus olub və hamısı gecə saat 4-5 arasında yandırılıb. Əmlakına zərər vurulanlar etirazlarını bildirmk üçün İrəvan şəhər polis idarəsinin qarşısına toplaşıblar. Zərərçəkmiş Vartan Akopyan deyib ki, maşınların hamısı oxşar üsulla yandırılıb: “Bu isə hadisəni eyni cinayətkar qrupun törətdiyini deməyə əsas verir. Karo Engikyanın maşınından başqa digər maşınların hamısının arxa təkərinə maye tökərək yandırıblar. Ona görə arxa təkəri yandırırlar ki, benzin çəni və ya qaz balonu partlasın və maşın tamamilə yansın”.
Onun dediyin görə, maşınlardan biri Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin, digəri polisin idarəsinin binasının qarşısında, qalanları isə həyətlərdə yandırılıb.
V.Akopyan bildirib ki, maşınların üstündə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıb. Həmin maşınlar bir həftə öncə İrəvanda keçirilmiş “Rejimsiz yüzillik" etiraz yürüşünə də qatılıblarmış: “Ermənistan xan rejiminin total nəzarəti altındadır. Bu hadisələri də kriminal elementlərlə çulğaşmış Ermənistan rejimi törədir. Rejim bununla üsyana qalxmış vətəndaşı qorxutmaq istəyir”.
Erməni müxalifətçiləri törədilmiş hadisədə polisi və xüsusi xidmət orqanlarını ittiham ediblər. Onlar buna sübut kimi polisin müraciətlərini diqqətə almamasını və araşdırma aparılmamasını göstəriblər. İrəvan polisindən isə hadisənin araşdırıldığı bildirilib.
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO










