Ermənilər Gürcüstan-Türkiyə magistralını bağlamağa cəhd ediblər

Sentyabrın 29-da axşam saat 22:00 radələrində Cavaxetiyada ermənilər Gürcüstan-Türkiyə magistral yolunu bağlamağa cəhd göstəriblər.
Aksiyada iştirak edən ermənilər Türkiyədən gələn yük maşınlarını Gürcüstana buraxmayacaqlarını bildiriblər. Ermənilər bu yolla Türkiyədən Azərbaycana silah daşındığını iddia ediblər. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Gürcüstan parlamentinin hazırkı deputatı Samvel Manukyan və sabiq deputat Samvel Petrosyan da gəliblər.
Söhbət zamanı ermənilər bir neçə tələb irəli sürüblər. Uzun sürən danışıqlardan sonra yol açılıb.
Siyasi ekspertlər hesab edirlər ki, aksiya Ermənistan hökuməti tərəfindən idarə olunur. Ermənilərin əsas məqsədi Gürcüstanı münaqişəyə cəlb etmək, münaqişənin miqyasını genişləndirməkdir. Halbuki onlar yaxşı bilirlər ki, Gürcüstan hökuməti ölkə ərazisindən hərbi yüklərin daşınmasını qadağan edib. Buna baxmayaraq, ermənilər öz məkrli siyasətlərini həyata keçirmək üçün ən iyrənc vasitələrə əl atırlar. (AZƏRTAC)
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











