Ermənilərin antidron sahəsindəki inkişafı nəzərə alınmalıdır - Hərbi ekspert

"Bu gün dronların təhdidi artdıqca, hərbi əməlliyatlarda tətbiqi imkanları genişləndikcə, antidron sistemləri vasitəsilə ordu çəkisinin artırılmasına ehtiyac var". Bunu hərbi ekspert Rəşad Süleymanov deyib. R.Süleymanov Ermənistanın bu sahədə potensialından söz açıb: "Düşmən tərəfi özünəməxsus pilotsuz texnologiyaların tətbiqi məsələlərinə diqqət ayırır. Və bu sahədə qiyməti ucuz, primitiv də olsa müəyən məhsulları yerli olaraq hazırlayır, bununla da bizə daha çox zərər vurmağa çalışır".
Ekspert situasiyanın həll variantını təklif edib: "Məhz bu problemlərin aradan qaldırılması üçün düşünürəm ki, mübarizə məqsədi ilə yaradılan yeni müasir radioelektron mübarizə vasitələrinin, antidron sistemlərinin yerli olaraq hazırlanmasına, eləcə də aparıcı şirkətlərdən əldə ediliməsinə ehtiyac var. Biz bunu artıq aydın şəkildə görə bilərik, düşmən də öz dronlarını inkişaf etdirir, dünyadakı bəlli tendensiyalardan geri qalmaq istəmir, xüsusilə də süni intellektin bu sahədə tətbiqi istiqamətində işlər aparır. Nə qədər ki bu tip sistemlər bizim üçün problemlər yaratmayıb, biz bunun qarşısını vaxtında almalıyıq. Bunun üçün də elektron hərbi sistemlərindən, yeni radioelektron mübarizə vasitələrindən istifadə etməyimiz və antidron sistemlərini heç olmasa öz hesabımıza yaratmağımız vacibdir". (Ted.az)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












