Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başlayıb - FOTO
Gündəm
2 Oktyabr 2020 23:27

Azərbaycan ordusu ilə döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb.
Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə (FHN DYMX) Xidməti tərəfindən müvafiq tədbirlər görülür. Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşlarımızın həyatına hər hansı təhlükəsi yoxdur.
Bundan başqa, mənfur düşmənin artilleriya atəşi altında saxlaması səbəbindən Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan iki nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.
Oxunub : 1206
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:31
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
ŞƏRH YAZ













