Ermənilərin ərazilərimizə atdığı aviabomba və raketlər aşkarlandı - FOTO
Gündəm
30 Sentyabr 2020 00:36

Son iki gün ərzində Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən 32, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən üç və Dövlət Sərhəd Xidmətindən bir müraciət daxil olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı agentlik məlumat yayıb.
Daxil olmuş 36 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun 1-ci Dördyol, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.
Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri bir ədəd aviabomba (OFAB-100), altı ədəd raket, bir ədəd raketinin arxa hissəsi (dolu) və iki ədəd döyüş başlığı, iki ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, bir ədəd dron (partladıcısı yerində zərərsizləşdirilib), iki ədəd raketin mikrosxeması və dörd ədəd partlamış raket hissələri aşkarlanıb.
Oxunub : 1394
DİGƏR XƏBƏRLƏR
1 Sentyabr 2026 23:47
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
1 Sentyabr 2026 19:26
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
1 Sentyabr 2026 18:14
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
1 Sentyabr 2026 15:11
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
1 Sentyabr 2026 14:11
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
1 Sentyabr 2026 12:48
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
1 Sentyabr 2026 11:48
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
1 Sentyabr 2026 11:30
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
1 Sentyabr 2026 11:00
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
1 Sentyabr 2026 09:23
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
31 Avqust 2026 21:34
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
31 Avqust 2026 20:41
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
ŞƏRH YAZ










