Ermənilərin girov götürdüyü Dilqəmdən yeni FOTOlar

"Dilqəm qorxmadan, çəkinmədən,eyni zamanda da ölümü gözünün qabağına almışdı". ANS-in məlumatına görə, bunu Girovluqda olan Dilqəm Əsgərovun dostu Nəsib Nəbioğlu deyib. Onun sözlərinə görə, Dilqəm boynuna kəfənini taxıb Kəlbəcərə gedirdi. "Hec nədən qormadan çəkilişlər edirdi. Qəbirsanlıqlarımızı, dağıdılmış kəndlərimizi, rayonumuzu çəkib bizlərə göstərirdi. Dilqəm gec-tez girovluqdan azad olunmalıdır. Bununla bağlı artıq bütün siyasi qurumlara müraciyət olunub”.
Yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülmüş Dilqəm Əsgərov kəndlərinin fonunda şəkil çəkdirib. Tanınmış astroloq Səbuhi Rəhimli tərəfindən təqdim edilən şəkillər 1998-ci ildə çəkilib. Şəkillərdən açıqca görünür ki, Dilqəm doğma kəndinə yalnız ov tüfəngi ilə gedib. Şəkillərin birində doğma kəndini göstərən Dilqəm sanki Azərbaycanın bütün məcburi köçkünlərinə özünəməxsus bir “İntifada” (silahsız müqavimət) yolu göstərir. Sanki “Qorxmayın, vətən yolunuzu gözləyir” deyir.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyulun 11-də Kəlbəcərdə girov düşüblər. Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ














