Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi

Azərbaycan ordusunun hərbçiləri erməni silahlı bölmələrinin bir neçə hərbi texnika və maşınlarını ələ keçirib. "Report"un verdiyi məlumata görə, Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar.
Bundan başqa, ermənilər ağır artilleriya qurğularından cəbhə xətti boyu mülki əhalini hədəfə alaraq yaşayış məntəqələrini atəşə tutublar. Atılan mərmilərdən biri Tapqaraqoyunlu kəndinin ərazisində boş sahəyə digəri isə Naftalan-Qaşaltı-Tapqaraqoyunlu magistralına düşüb. Nəticədə magistrala düşən mərmi mülki şəxsə məxsus "VAZ-21011" markalı avtomobilə ziyan vursa da mərmilərin düşdüyü ərazilərdə dağıntı və tələfat olmayıb.
Hazırda cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilir.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












