Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 19 nəfər şəxs isə həlak olub.
Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 yaşayış evinə, həmçinin, 40 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










