Ermənistan Araz çayına tökülən Oxçuçayı çirkləndirməkdə davam edir

Ermənistan Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirməkdə davam edir.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib.
Onun sözlərinə görə, bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Oxçuçayda nikkel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb: "Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına qovuşur. Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, bu çaylarda nikkelin miqdarı 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə iki dəfə normadan artıq aşkarlanıb".
ekspert bildirib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: "Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə, qiymətli növ olan farel balıqların kütləvi məhv olunması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Kacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresusları və ekosisteminə ciddi təhdid yaradır".
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











