“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” - Dövlət başçısı

“Əminəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mümkündür, lakin bunun üçün Ermənistan tərəfindən siyasi iradə çatmır”.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
“Ancaq başa düşürəm ki, bu gün Ermənistanda kimsə Azərbaycanla sülh müqaviləsindən danışmağa başlayırsa, bu, onun populyarlığını artırmayacaq. Ancaq ölkə rəhbərləri siyasi karyeralarını deyil, dövləti düşünməlidirlər”, - dövlət başçısı bildirib.
İlham Əliyev sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və təbii ki, öz növbəsində, Ermənistan da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımalıdır: “Qarabağ Azərbaycanın ərazisidir. Buna heç bir şübhə yoxdur. Belə olub və olacaq da. Onlar Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməlidirlər. Bu, müzakirə mövzusu deyil”.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












