Ermənistan mülki şəxsləri qəsdən hədəfə çevirir

Ermənistan silahlı qüvvələrinin acizliyi fonunda Ermənistan ərazisindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı raket hücumu həyata keçirilir. Ermənistan mülki şəxsləri qəsdən hədəfə çevirir, bununla Cenevrə Konvensiyasını pozur. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, ilkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket zərbəsi endirilib. Azərbaycan tərəfi həmin atəş hədəfini məhv edib. Dünən Ermənistan Füzuli istiqamətində “Smerç” sistemindən istifadə edərək Cocuq Mərcanlı kəndini atəşə tutub, 20-yə yaxın evə ziyan dəyib. Bu gün Gorusdan “Toçka-U” raketi vasitəsilə Şəmkirə raket atəşi olub. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən açılan bu atəşlə bağlı Azərbaycan Ermənistan ərazisində olan legitim hərbi hədəflərə qarşı tədbirlər görəcək. Ermənistan silahlı qüvvələri istər şəxsi, istər texnika baxımından üzləşdiyi itkiləri bu cür kompensasiya etməyə çalışır. İyirmidən artıq mülki şəxsimiz həlak olub, 50-dən çox mülki şəxsimiz isə yaralanıb.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











