Ermənistan ordusunun iki əsgəri yaralanıb

İşğalçı Ermənistanın silahlı qüvvələrinin bölmələrindən birində baş verən hadisə zamanı daha iki erməni əsgəri yaralanıb. 2019-cu ilin birinci yarısında hərbi xidmətə çağırılan mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu Bedros Qarabedyan guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində əl nahiyəsindən ağır xəsarət alıb. Onun yaxınlığında olan 5-ci alayın digər əsgəri D.Seto isə üz nahiyəsindən yaralanıb.
Komandanlıq yaralanan hərbi qulluqçuların guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət aldıqlarını desə də, hər iki hərbi qulluqçunun Tovuz istiqamətində gedən döyüşlərdə yaralandığı iddia olunur. Nəzərə alsaq ki, Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətində həlak olan iki zabitin də mühəndis-istehkam taborunda xidmət etdiyini bildirmişdi, onda iddiaların əsassız olmadığı ortaya çıxır. (AZƏRTAC )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












