Ermənistan ordusunun uğursuz əməliyyatı: 50 erməni mühasirəyə düşdü
Gündəm
10 Noyabr 2021 16:49

Ermənistanın müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöl gölü ətrafında mühasirəyə alınması ilə yadda qalıb. Özünü səriştəsiz sələflərindən bir növ fərqləndirmək qərarına gələn Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə Qaragöl gölü ətrafında yerləşdirilməsi və Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmağı tapşırıb. O, atıcı silahlar və döyüş sursatları ilə təchiz edilmiş 50 nəfər erməni hərbçisinin iki "KamAZ” markalı yük maşını ilə dövlət sərhədi istiqamətində yerləşdirilməsi haqqında sərəncamı şəxsən imzalayıb.
Ermənistan Müdafiə nazirinin əmri ilə onlar qısa müddətdə Azərbaycan Ordusunun bölmələrinin postlarını birləşdirən kənd yolunu nəzarətə götürməli idilər. Yolu metal tor konstruksiyalarla (qabionlarla) bağlayan erməni hərbçilər Azərbaycan hərbçilərinin mövqeləri arasındakı yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qətiyyətli cavabı ilə üzləşən erməni hərbçiləri geri çəkilməyə məcbur olub.
Yarım saat keçməmiş Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstəsi hadisə yerinə gəlib. Bundan sonra erməni hərbçilər mühasirəyə alınıb.
Qabionlar quran erməni əsgərləri əməliyyat sistemi pozulduğu üçün dayanmağa məcbur olublar. Bundan başqa, arxa cəbhə ilə əlaqəsi kəsilən erməni hərbçiləri 10 dərəcə şaxtada şəxsi heyəti qızdırmaq üçün isti yemək, su və müvafiq vasitələrlə (odun) təmin olunmayıb, çıxılmaz vəziyyətə düşüblər.
Hərbçilərimiz ermənilərdən fərqli olaraq yemək, çadır və istiliklə təmin olunublar. Nəticədə, hər şey erməni hərbçilərin əsgərlərimizə onları yedizdirmək və su vermək üçün acınacaqlı xahişləri ilə başa çatıb (həqiqətən, həyasızlığın dərəcəsi insanı sadəcə heyrətləndirir).
Ermənilərin köməyinə yenə Rusiya sərhədçiləri çatıblar - yalnız onların Azərbaycan komandanlığına müraciətindən sonra erməni tərəfinə həmişəki kimi çıxıb getməsinə imkan yaradılıb.
Erməni hərbi komandanlığı bu cür düşünülməmiş hərəkətlərlə müsbət nəticə əldə edə bilməyəcək, sadəcə olaraq öz əsgərlərinin həyatını mənasız şəkildə riskə atacaq. Təbii ki, onların kütləvi şəkildə öldürülməsi də erməni təxribat ustaları üçün problem yaratmayacaqdı - erməni əsgərlərindən "şəhid və qəhrəman” obrazı yaratmağa başlayacaqdılar. Həqiqət isə sadə bir reallıqdan ibarətdir: savadsız Ermənistan hərbi rəhbərliyi növbəti dəfə öz hərbçilərini güllə qabağına verir. Bu dəfə erməni hərbçilər canlarını yaxşı qurtardı - qorxu, təpiklər və kütləvi pnevmoniya ilə. Gələn dəfə nə olacaq?
Caliber.az
Oxunub : 932
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
7 Oktyabr 2026 18:14
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
7 Oktyabr 2026 18:05
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 17:54
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
7 Oktyabr 2026 16:11
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
7 Oktyabr 2026 15:00
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
7 Oktyabr 2026 14:00
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
ŞƏRH YAZ











