Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra məhv edilən, yaralanan erməni silahlılarının sayı durmadan artır. Azərbaycan əsgəri cəbhə xəttində davam edən döyüşlərdə açdığı sərrast atəşlə düşmən hərbçilərini sıradan çıxarır. Ermənistan hökuməti hazırda itkilərinin sayını gizlətsə də, bir neçə gün əvvəl yaralı hərbçi çoxluğundan ölkənin xəstəxanalarında xəstə qəbulu dayandırılıb. Çünki Ermənistanın səhiyyə ocaqları eyni anda yaralı hərbçilərlə, mülki vətəndaşları qəbul etmək iqtidarında deyil. Elə təkcə bu fakt Ermənistan səhiyyəsinin əsl mahiyyətini üzə çıxarır. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev "Report"a açıqlamasında deyib ki, Ermənistanda hazırda səhiyyənin süqutunun yaşandığı hər kəsə məlumdur: "Bunu bir çox rəsmi statistikalar da sübut edir. Bu məqamda rəsmi statistikalara əsaslanaraq bugünkü Vətən müharibəsində diqqəti vacib olan digər məsələlərə yönəltmək istəyirəm".
N.Abdullayev rəsmi statistikalara əsasən Ermənistanda 1000 nəfərə düşən həkim sayının Azərbaycandakı həkim sayından dəfələrlə az olduğunu vurğulayıb: "Ermənistanda ümumi tibbi xidmətin səviyyəsinin də aşağı olduğunu nəzərə alsaq, orada həkim sayının daha az olması müharibə şəraitində onlara çox ciddi problem yaradır. Bundan əlavə, rəsmi statistikalar 1000 nəfərə düşən tibbi personalın və çarpayının da Azərbaycana nisbətən Ermənistanda dəfələrlə aşağı olduğunu sübut edir. Bu da onlarda hər hansı tibbi xidmətləri, məsələn cərrahi əməliyyatları həyata keçirmək üçün imkanlarının, şəraitlərinin də olmamasını üzə çıxarır. Beləliklə, bu, onun göstəricisidir ki, Ermənistanın tibbi xidmət səviyyəsi 0-a yaxınlaşır".
"Rəsmi statistik göstəricilərə əsasən, düzgün qənaətə gəlmək olur ki, Ermənistan bu müharibəni təkcə hüquqi müstəvidə deyil, eləcə də hərbçilərinə düzgün tibbi xidmət göstərə bilməyərək ağır və çox saylı itkilərlə uduzur", - N.Abdullayev əlavə edib.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











