Ermənistanda 7 nəfər maşında diri-diri yandı – FOTO – VİDEO

Ermənistanda 7 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə Loriyski vilayəti yaxınlığında baş verib. "Volkswagen Touareg" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yoldan çıxıb və daşlığa çırpılıb. Avtomobil yol kənarındakı maneələrə dəydikdən sonra alışıb və yanmağa başlayıb. İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb bir heyvanın maşının qarşısına çıxması olub. Stepanavan tibb mərkəzinin direktoru Robert Kosinyan bildirib ki, avtomobildə olanların hamısı cavanlar olub. Onlar manedən qaçmağa çalışarkən yoldan çıxıblar və ağaca dəyiblər, daha sonra maşın yanıb. Maşında olan bütün sərnişinlər hadisə yerində yanaraq ölüblər. Həkim həmçinin bildirir ki, ölən erməni gənclərinin bədəni yandığı üçün onların cəsədlərini müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Maşının alışmasına səbəb qəza zamanı qaz balonunun partlaması olub. Avtomobilin salonunda olan bütün sərnişinlər diri-diri yanıblar. Ölənlər Vanik Mardoyan (21 yaş), Karen Xaçatryan (22 yaş), Qevork Poqosyan (24 yaş), Vaaqna Albertyan (24 yaş), Arman Tonoyandır (22 yaş). Həlak olmuşlar arasında həmçinin Qaspar Qukeyan (22 yaş) və İrəvan sakini Artur Balyan da (22 yaş) olub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

















