Ermənistanda kütləvi əsgər ölümləri yenidən araşdırılacaq

Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların cinayət işləri yenidən araşdırılacaq.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, baş nazir Nikol Paşinyanın qərarı ilə qeyri-döyüş şəraitində ölmüş və ya öldürülmüş hərbi qulluqçuların cinayət işlərinin öyrənilməsi üzrə işçi qrup yaradılacaq.
Xatırladaq ki, son aylar Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların valideynləri dəfələrlə etiraz aksiyası keçirərək övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz ediblər. Onlar hətta bir neçə dəfə Yerevan və digər şəhərlərdə yolları bağlayıblar. Məsələyə ölkənin Müdafiə naziri müdaxilə edib. O, aksiyaçılara cinayət işlərinin obyektiv araşdırılacağını söz verib. (Report)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












